15.05.2020 [14:18] - Gündəm, Mədəniyyət
Azərbaycan Dillər Universitetinin rumın dilində təhsil alan tələbələri ilə Rumıniyanın ölkəmizdəki səfiri Dan İanku arasında onlayn görüş təşkil olunub. Tədbirin təşkilatçısı universitetin nəzdində yaradılmış Rumın Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Jozefina Battodur.
Universitetdən bildirilib ki, “Səfir saatı” rubrikası çərçivəsində keçirilmiş onlayn görüşdə Dan İanku tələbələrə xarici əlaqələrdən söz açıb, ölkələrarası münasibət, ikitərəfli əməkdaşlıq və koronavirus pandemiyasının insan fəaliyyətinin müxtəlif sahələrinə ciddi təsiri haqqında məlumat verib.
Diplomat COVID-19-un həm Rumıniyada, həm də Azərbaycanda mövcud və gözlənilən təsirlərindən söz açaraq bildirib ki, insanların həyat tərzində yaranan çatışmazlıqlara və fəsadlara baxmayaraq, bəzi dəyişikliklər, məsələn, elektron hökumətin genişləndirilməsi, elektron təhsil cəmiyyətə fayda gətirəcək. “Digər tərəfdən, qısamüddətli iqtisadi perspektivdəki qeyri-müəyyənlik və əmək bazarında artan təzyiqlər insanlardan bacarıqlarını inkişaf etdirmək üçün əlavə səy göstərmələrini tələb edəcək. Xüsusilə də tələbələrdə məktəbdənkənar fəaliyyət və akademik mübadilə ilə məşğul olmaq üçün əlavə stimul yaratmalıdır”, - deyən səfir bu müstəvidə Dillər Universiteti tələbələrinin Rumıniyanın təqaüd və təhsil proqramlarında iştirak etmək imkanlarına toxunub.
Dan İanku rəhbərlik etdiyi diplomatik missiyanın gündəliyindəki əsas prioritetləri diqqətə çatdırıb. Bildirib ki, təhsil, mədəniyyət və humanitar sahələrdə əlaqələr genişləndirilməlidir. Amma 2020-ci ilin birinci yarısı üçün nəzərdə tutulan bəzi layihələr pandemik vəziyyət və səyahət məhdudiyyətləri nəzərə alınmaqla payızadək təxirə salınmalıdır.
Onlayn görüş sual-cavab formatında davam etdirilib.
Xatırladaq ki, “Səfir saatı” layihəsinin məqsədi tələbələrə müxtəlif ölkələrin diplomatları ilə birbaşa ünsiyyət qurmaq, Azərbaycanın xarici əlaqələri, ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq, habelə mövcud vəziyyət, tarix, coğrafiya, mədəniyyət və milli dəyərlər barədə məlumat verməkdir. Layihə çərçivəsində təşkil olunan görüşlər tələbələrin dünyagörüşünün inkişafı, eləcə də beynəlxalq münasibətlər sahəsində bilik qazanmaq baxımından əhəmiyyətlidir.

Bu xəbər oxucular tərəfindən 379 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |