15.05.2020 [14:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Loristan əyalətində koronavirusa yoluxma hallarının geniş vüsət alması nəticəsində vəziyyət qırmızı həddə çatıb.
Bu barədə, Xürrəmabad fərmandarı Cəfər Tulabi, mayın 14-də mediaya açıqlamasında məlumat yayıb.
O bildirib ki, Loristan əyalətinin bir sıra şəhərlərində xəstəlik geniş yayıldığı üçün yeni qadağa və məhdudiyyətlər tətbiq edilib: “Koronavirusa Qarşı Mübarizə Qərargahının yeni qərarına əsasən, yerli əhalinin maskasız və əlcəksiz dövlət idarələrinə müraciətinə qadağa qoyulub. Dövlət idarələrində çalışanlar isə bundan sonra mütləq maska və əlcəkdən istifadə etmək məcburiyyətində qalacaqlar.
Bundan başqa, parklarda oturmaq da qadağandır. Turizm mərkəzləri, idman zalları, kafe və restoranlara gəlincə, həmin məkanlar gigiyena qaydalarına riayət etmədikləri təqdirdə və xəstəliyin yayılmasının qarşısını almaq üçün onlara edilən tövsiyələrə əməl etmədikləri surətdə onların fəaliyyəti dayandırılacaq.
Əhaliyə isə xəbərdarlıq edərək bildiririk ki, əgər insanlar sosial məsafə qaydalarına riayət etməsələr, qoyulan məhdudiyyətləri daha da sərtləşdirmək məcburiyyətində qalacağıq” -deyə, Xürrəmabad fərmandarı Cəfər Tulabi əlavə edib.

Bu xəbər oxucular tərəfindən 361 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |