Şrift:
Malakka boğazında İranla İndoneziyanın yük gəmiləri toqquşub
15.05.2020 [14:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İrana məxsus yük gəmisi ilə İndoneziyaya məxsus taxıl kimi qablaşdırılmamış yüklər daşıyan gəminin toqquşması barədə məlumatlar yayılıb.



Dəniz naviqasiya şirkətlərinin yaydıqları xəbərlərə əsasən, hadisə aprelin 11-də Malakka boğazında baş verib. Çinin Şanxay şəhərinə doğru yan almış İranın Şəhraz adlı həmin gəmisinin ciddi zədələndiyi deyilir.



İndoneziya gəmisinin isə toqquşma nəticəsində heç bir zədə almadığı yayılan məlumatlar içərisindədir.



Lakin ötən gün İran Dövlət Gəmiçilik Şirkəti yaydığı bəyanatda toqquşma faktını inkar edib. Qurum bildirib ki, İran gəmisi Malakka boğazından keçən zaman baş vermiş texniki nasazlıq səbəbindən qəzaya uğrayıb və hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Bu xəbər oxucular tərəfindən 325 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed