15.05.2020 [14:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanın "Traxtur" futbol komandasının oyunçusu Əşkan Dejagəh rəsmilərinin milli çempionatın oyunlarının yenidən başlaması ilə bağlı qərarını tənqid edərək, prezident və bir qrup rəsmidən bu xüsusda tələsik qərar verməmələrini istəyib.
O, hazırda koronavirusun bütün dünyada kəskin yayıldığı bir vaxtda İranda rəsmilərin nə üçün çempionat oyunlarını yenidən başlatmaq istədiklərinin anlaşılmaz olduğunu deyib.
"İnsanlar və idmançıların sağlamlığı əsas prioritetdir. Koronavirusa yoluxanların sayı baxımından yaxşı vəziyyətdə olmayan İranda nəyə görə yenidən məşqlərin başlaması və çempionatın davam etdirilməsinə çalışdıqlarını anlamıram. Bizim hamımızın ailəmiz var və bu vəziyyətdə ən mühüm iş idmançıların həyat və sağlamlığının qorunmasıdır. Mən də futbol üçün darıxmışam, lakin hazırda vəziyyət fərqlidir və insanların həyatının dəyəri futboldan dəfələrlə üstündür. Futbolçular və bu sahədə çalışanların sağlamlığının qorunması üçün ən doğru qərar bu ilin çempionatını təxirə salmaq, gələn ilin çempionatı barədə düşünməkdir", - deyə Əşkan Dejagəh əlavə edib.
İdmançı ölkədə koronavirus infeksiyasına qarşı qabaqlayıcı və karantin tədbirlərinin digər ölkələrlə müqayisədə çox aşağı səviyyədə qəbul edildiyini, buna görə də mövcud vəziyyətdə çempionatın davam etdirilməsinin futbolçuların sağlamlığına təhlükəli olduğunu qeyd edib.
O, həmçinin Fransa, Belçika, Hollandiya və digər bu kimi ölkələrdə milli çempionatların oyunlarının koronavirus səbəbindən dayandırıldığını misal çəkərək, İranda da futbolçular və futbol camiəsinin sağlamlığının qorunması üçün analoji qərarın veriləcəyini ümid etdiyini deyib.
"Qərar qəbul edənlərin tələsmədən, bununla da bizim və özlərini qorumaları üçün qərar qəbul edəcəklərinə ümidvaram. Bizim həyatımız futboldan asılıdır, biz futbolçulara rəhm edəcəklərinə ümidvaram. Bu xəstəliyin tezliklə kökünün kəsilməsini və hamımızın əvvəlki həyatımıza geri qayıtmağımızı arzu edirəm", - deyə Əşkan Dejagəh fikrini tamamlayıb.

Bu xəbər oxucular tərəfindən 398 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |