Şrift:
Şərqi Azərbaycanda 272 yeni koronavirusa yoluxma halı aşkar edilib. Yoluxanların sayı 6875 nəfərə çatıb
16.05.2020 [11:59] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Şərqi Azərbaycan əyalətində son iki gün ərzində daha 272 yeni koronavirusa yoluxma halı aşkar edilib.



Bu barədə, Təbriz Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Hüseyn Somi mayın 15-də jurnalistlərə açıqlamasında məlumat yayıb.



Somi deyib ki, Şərqi Azərbaycanın müxtəlif şəhər və bölgələrində “Covid-19” infeksiyasına yoluxma halları artır: “Son iki sutka ərzində Şərqi Aərbaycanda 272 yeni koronavirusa yoluxma halı aşkar edilib. Bununla da əyalətdə xəstəliyə yoluxanların sayı 6875 nəfərə çatıb. Bu gün isə “Covid-19” infeksiyasından daha 1 nəfər ölüb.



Hazırda Şərqi Azərbaycanda tətbiq edilən karantin rejimi və qoyulan məhdudiyyətlər yumşaldılaraq demək olar ki, vəziyyət adi hala gətirilib. Lakin xəstəliyin yayılması ilə bağlı indiki durum və proses davam edərsə, yaxın günlərdə vəziyyət daha böhranlı hala çata bilər.



Məhz bunları nəzərə alaraq, hesab edirəm ki, vətəndaşlar şəxsi gigiyena qaydalarına riayət etməli, maska taxmalı və insanların sıx toplaşdığı ictimai mühit və yerlərdən uzaq gəzməlidirlər. Vətəndaşlar bilməlidir ki, cəmiyyətdə vəziyyətin adi hala gətirilməsi koronavirusun bitməsi demək deyil” -deyə, Təbriz Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Hüseyn Somi əlavə edib.
Bu xəbər oxucular tərəfindən 319 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed