27.10.2011 [13:58] - Gündəm
Rusiya prezidentinin Şimali Qafqaz federal dairəsi üzrə səlahiyyətli nümayəndəliyi və Azərbaycan hökuməti arasında Xaçmaz rayonunun Xraxoba və Uryanoba kəndlərində yaşayan 450 rus ailəsinin Rusiyaya qaytarılması barədə razılıq əldə olunub.
Bunu Rusiya prezidentinin Şimali Qafqaz federal dairəsi üzrə səlahiyyətli nümayəndəsinin müavini Sergey Subbotin Rusiya Federal Mqrasiya Xidmətinin ərazi orqanları rəhbərlərinin müşavirəsində deyib.
S. Subbotin bildirib ki, SSRİ dağıldıqdan sonra yeni sərhədlərin müəyyənləşməsi nəticəsində Azərbaycan ərazisində qalan Rusiya vətəndaşlarının vəziyyəti Moskvanı narahat edirdi: “Bu məsələ son olaraq prezidentin səlahiyyətli nümayəndəsi Aleksandr Xloponinin Azərbaycana səfəri zamanı qaldırıldı. Azərbaycan rəhbərliyi ilə bu kəndlərdə yaşayan vətəndaşlara Rusiyaya köçmək imkanının yaradılması barədə razılıq əldə olundu”.

Bu xəbər oxucular tərəfindən 1037 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |