Şrift:
Rusiyada 9 min 200 nəfərdə koronavirus infeksiyası aşkar edilib
16.05.2020 [12:43] - Gündəm, Sağlıq
Ötən gün Rusiyada 9 min 200 nəfərdə koronavirus infeksiyası aşkar edilib.

Ölkədə bir gündə daha 9 min 200 COVID-19 xəstəsi aşkar edilib, 119 pasiyent vəfat edib, 4940 xəstə sağalıb.

Beləliklə, Rusiyada infeksiyaya yoluxanların ümumi sayı 272 min 43 nəfərə çatıb. Ölkədə indiyədək bu xəstəlikdən 63 min 166 nəfər sağalıb, 2537 xəstə vəfat edib.

Qeyd edək ki, Rusiya COVID-19 xəstələrinin sayına görə hələ də ABŞ-dan sonra ikinci yeri tutub. Onun ardınca Böyük Britaniya, İtaliya, Fransa və İspaniya gəlirlər.
Bu xəbər oxucular tərəfindən 581 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed