Şrift:
Xuzistanda koronavirusun yayılması fövqəladə səviyyəyə çatıb: Vali əhaliyə xəbərdarlıq edib
16.05.2020 [17:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın ərəblərin yaşadığı bölgəsi olan Xuzistan əyalətində koronavirusun yayılması fövqəladə vəziyyət səviyyəsinə çatıb.



Bu barədə məlumat yayan əyalətin valisi Qulamrza Şəriəti bildirib ki, hazırda 16 rayon və şəhərdə xüsusi karantin rejimi tətbiq edilib, həmin bölgələrə giriş- çıxışlara məhdudiyyətlər qoyulub.



O, həmin şəhər və rayonların icra hakimlərinə vəziyyətin daha da nəzarətdən çıxamaması üçün daha sərt qabaqlayıcı tədbirlər görməyi tapşırdığını deyib.



Vali infeksiyaya yoluxanların sayının həddən artıq çox olması səbəbindən tibbi personalın xidmət potensialını qorumaq üçün insanları evlərini tərk etməməyə, bununla da yoluxma hallarının sayının azalmasına çalışmağa çağırıb.



Qulamrza Şəriəti dəqiq statistikanı açıqlamasa da, sözügedən 16 rayon və şəhərdə, eləcə də bütün əyalət ərazisində vəziyyətin böhranlı olduğunu qeyd edib.



Son həftələr ərzində Xuzistanda koronavirus pandemiyasına yoluxanların sayı kəskin olaraq artmaqdadır. Məsələ ilə əlaqəli bir çox iranlı rəsmi də əyalətdə vəziyyəti fövqəladə səviyyəyə çatdığını etiraz edirlər. Ötən gün İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur da bunu təsdiq etmişdi.
Bu xəbər oxucular tərəfindən 437 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed