Şrift:
Litvada koronavirusa yoluxanların sayı 1534 nəfərə çatıb
17.05.2020 [10:46] - Gündəm, Sağlıq
Litvada koronavirusa (COVID-19) yoluxanların sayı 1534 nəfərə çatıb.

Bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiya yayılandan bəri ölkədə 224 min 40 nəfər müayinə olunub. Son sutka ərzində COVID-19 virusuna görə 7793 nəfərdən analiz götürülüb və 11-nin nəticəsi müsbət çıxıb.

Ölkədə COVID-19-dan 55 ölüm faktı qeydə alınıb. Sağalanların sayı isə 988 nəfərdir.

Litvada virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.
Bu xəbər oxucular tərəfindən 411 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed