17.05.2020 [11:25] - Gündəm, Sağlıq
Banqladeşdə yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 20 min 995 nəfərə, ölənlərin sayı isə 314-ə çatıb.
Ölkənin Səhiyyə Xidmətləri üzrə Baş İdarəsi ötən sutka ərzində 930 yeni yoluxma və 16 ölüm faktı qeydə alındığını açıqlayıb. Ən çox yoluxma paytaxt Dəkkə və Narayanqanc şəhərlərində qeydə alınıb. İndiyədək 4117 nəfər sağalaraq xəstəxananı tərk edib.
Bildirilir ki, virusa yoluxanların təxminən 75 faizi evdə müalicə alır. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 167 min 294 test aparılıb.
Hökumət virusa yoluxanlarla yaxın təmasda olanların təcrid edilməsi üçün tibb müəssisələri və təhsil ocaqları ilə yanaşı, idman və sərgi komplekslərinin də hazır vəziyyətə gətirilməsini tapşırıb. İndiyədək 236 mindən çox adam xüsusi yerlərdə və ya evlərdə karantinə cəlb olunub ki, onların 188 mini karantin dövrünü başa vurub. Xaricdən virus axınının qarşısını azaltmaq üçün hava və dəniz limanlarında, sərhəd-keçid məntəqələrində karantin tədbirləri gücləndirilib.
Xatırladaq ki, Banqladeşdə COVID-19 infeksiyasına ilk yoluxma martın 8-də qeydə alınıb.

Bu xəbər oxucular tərəfindən 447 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |