17.05.2020 [12:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran- Fransa vətəndaşı olan alim Fəriba Adilxah 6 il həbsə məhkum edilib.
Bu barədə məlumat yayan xanım Adilxahın vəkili Səid Dehqan ona qarşı "milli təhlükəsizlik əleyhinə çalışma" ittihamının irəli sürüldüyünü deyib.
"Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi Fəriba Adilxaha qarşı milli təhlükəsizlik əleyhinə çalışma ittihamı ilə 5, İslam Respublikası siyasi sistemi əleyhinə təbliğat ittihamı ilə isə 1 il həbs hökmü çıxarıb", - deyə Səid Dehqan əlavə edib.
Vəkil həmçinin müvəkkilinin hökmdən apellyasiya şikayəti verəcəyini qeyd edib.
Rəsmi Paris Fəriba məsələ ilə əlaqədar yaydığı bəyanatda Fəriba Adilxahın həbsə məhkum edilməsini kəskin qınamaqla yanaşı, Tehranda onu dərhal azad etməyi tələb edib.
"Həbs hökmü heç bir maddi sübut və dəlilə söykənmir, yalnız siyasi sifarişlidir. Biz İran rəsmilərindən xanım Adilxahı dərhal azadlığa buraxmağı tələb edirik", - deyə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanır.
Xatırladaq ki, Paris Siyasi Elmlər Araşdırmalar İnstitutunun araşdırmaçısı Fəriba Adilxah İrana gəldikdən sonra, 7 iyun 2019-cu ildə öz evində “Sepah”ın Kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən həbs edilmişdi.
Xanım Adilxahın həmkarı, Afrika ölkələri üzrə mütəxəssis olan Rolan Marşal da İrana Fəriba Adilxahla görüşmək üçün etdiyi səfər zamanı “Sepah” tərəfindən tutulmuşdu.

Bu xəbər oxucular tərəfindən 303 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |