17.05.2020 [16:29] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Loristan əyalətinin Tibb Elmləri Universitetinin rektoru Məhəmmədrza Nikbəxt mayın 17-də mediaya açıqlamasında əyalətdə koronavirus pandemiyası qurbanlarının statistikasını açıqlayıb.
Nikbəxt bildirib ki, son bir sutka ərzində daha 1 nəfər koronavirusdan ölüb, 134 yeni “Covid-19” infeksiyasına yoluxma faktı qeydə alınıb: “Bununla da bu günə qədər Loristan əyalətində koronavirus infeksiyasından ölənlərin sayı 146 nəfərə, xəstəliyə yoluxanların sayı isə 3159 nəfərə çatıb.
Hazırda isə xüsusi rejimli xəstəxanalarda müalicə alan 48 xəstənin durumu ağırdır. Loristanda həmçinin koronavirusdan tam sağalıb evə buraxılanların sayı da artaraq 2956 nəfərə yüksəlib” -deyə, Loristan Tibb Elmləri Universitetinin rektoru Məhəmmədrza Nikbəxt əlavə edib.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur mayın 17-də mediaya açıqlamasında ölkədə koronavirusdan ölənlərin sayının 6988 nəfərə, yoluxanların sayının isə 120198 nəfərə yüksəldiyini iddia edib.

Bu xəbər oxucular tərəfindən 286 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |