Şrift:
“Azərbaycanda silah sıxan adamı parlamentə gətirə bilməzsən!” – İttiham
15.10.2012 [13:55] - Siyasət
Dövlət Baxçalıya hələ belə ittiham olmamışdı

Türkiyədə millətçi hərəkatının önəmli şəxslərindən olan və ömürlərinin 50 ilini bu hərəkata həsr edən Nural və Sühelya Emiroğlu MHP lideri Dövlət Baxçalını sərt ittiham edib. “Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, millətçilər Balyoz davası çərçivəsində 18 il həbs cəzası alan MHP-nin İstanbul millətvəkili olan Engin Alana sahib çıxılmadığını bildiriblər: “Bizim partiyamız 10 ildir millətçiliyi öldürmək üçün əllərindən gələni etdi... Alan Paşa həbsxanadadır. Bir halda ki bu adama sahib çıxılmayacaqdı, niyə onu millətvəkili etdiniz?! İttiham olunarkən heç kim onun yanına getmədi. Hökm açıqlandı, “keçmiş olsun” deməyə gedirlər. Sizə keçmiş olsun, bəyim”.

Emiroğlu ailəsi bir vaxtlar MHP-nin Azərbaycana səfərləri ilə bağlı da maraqlı məqama toxunublar. 1997-ci ildə Türkiyənin Millətçi Hərəkat Partiyasının önəmli isimləri olan Atilla Kayanın başçılıq etdiyi bir qrupun Azərbaycana gəldiyini deyən Emiroğlu MHP haqqında “Biz Əliyevləri istəmirik deyə ixtişaş yaratdılar. Sağda, solda silah partlatdılar” sözlərini işlədib. Daha sonra isə Dövlət Baxçalıya müraciət edərək “Baxçalı, Azərbaycanda silah sıxan adamı sən parlamentə gətirə bilməzsən! Otur və əvvəlcə üzr istə” deyib.
Bu xəbər oxucular tərəfindən 1390 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed