Şrift:
İranda daha 51 nəfər koronavirusdan ölüb, 1806 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkar edilib
17.05.2020 [16:33] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda son bir gün ərzində daha 51 nəfər koronavirusdan ölüb, 1806 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkar edilib.



Bu barədə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur mayın 17-də mediaya açıqlamasında pandemiya qurbanlarının yeni statistikasını yayarkən bildirib.



Cahanpur deyib ki, daha 51 ölüm halının qeydə alınması ölkədə “Covid-19” infeksiyasından ölənlərin ümumi sayı 6988 nəfərə çatıb: “Dünəndən bu günə qədər həmçinin 1806 yeni koronavirusa yoluxma halının aşkarlanması ilə, ölkədə xəstəliyə yoluxanların ümumi sayı 120 min 198 nəfərə yüksəlib.



Həmçinin, xoşbəxtlikdən son bir sutka ərzində infeksiyadan tam sağalıb evə buraxılanların sayı da artaraq, 94 min 464 nəfərə çatıb.



Təəssüflər olsun ki, koronavirusa yoluxan və hazırda intensiv terapiya şöbələrində müalicə alan xəstələrdən 2705 nəfərinin vəziyyəti ağırdır” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bəyan edib.
Bu xəbər oxucular tərəfindən 400 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed