15.10.2012 [14:22] - Gündəm, Hərb
Məqsəd ölkənin milli təhlükəsizliyini və müdafiə qabiliyyətini gücləndirməkdir
Müharibə şəraitində yaşayan Azərbaycan gələn il özünün müdafiə xərclərini artıracaq. Bu barədə modern.az saytına Nazirlər Kabinetindən məlumat verilib. 2013-cü il dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 35,3 faizini təşkil etməklə 19,8 milyard manat proqnozlaşdırılır (2012-ci illə müqayisədə 12,1 faiz, 2011-ci ilin faktiki icrasına nisbətən isə 28,7 faiz çox).
Məlumata görə, 2013-cü ilin dövlət büdcəsinin gəlirləri 19 milyard, 154 milyon manat, xərclər isə 19 milyard 810 milyon manat proqnozlaşdırılır. Layihədə büdcə kəsiri 656 milyon manat nəzərdə tutulub. Gələn il büdcədən müdafiə xərcləri üçün 1 milyard 528 milyon 582 min 600 manat ayrılması nəzərdə tutulub. Müqayisə üçün qeyd edək ki, 2012-ci ilin dövlət büdcəsindən müdafiə xərcləri üçün 1 milyard 407 milyon 312 min 400 manat ayrılmışdı. Beləliklə, Azərbaycan Respublikası 2013-cü ildə özünün müdafiə xərclərini 8,6 faiz artırmağı planlaşdırıb. Nazirlər Kabinetindən bildirilib ki, məqsəd Azərbaycanın milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsidir.
Sosial ipotekanın tətbiqinin genişləndirilməsi üçün 2013-cü ilin dövlət büdcəsindən İpoteka Fonduna 40 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Bu məbləğ 2012-ci illə müqayisədə 20 milyon manat və ya 2% çoxdur. 2013-cü il elm xərclərinə 129,1 milyon manat, 2012-ci illə müqayisədə 5,7 milyon manat və ya 4,6 % çox vəsait ayrılması proqnozlaşdırılıb. Həmin xərclər fundamental elm tədqiqatlarının maliyyələşməsinə yönəldiləcək. Bu sırada Elmin İnkişafı Fonduna 7 milyon manat vəsait ayrılıb. 2013-cü ildə təhsil xərcləri üçün 1 milyard 530 milyon 400 min manat proqnozlaşdırılıb. Bu, 2012-ci illə müqayisədə 18,8 milyon manat və ya 1,2% çoxdur. Təhsil xərcləri üçün ayrılmış vəsaitin 798,8 mln. manatı və ya 52,2 faizi natamam və orta təhsil xərclərinin, 394,4 mln. manatı və ya 25,8 faizi təhsil sahəsində tətbiqi tədqiqatlar və təhsil sahəsində digər xidmətlərin, 57,2 mln. manatı və ya 3,7 faizi ali təhsil xərclərinin, 145,8 mln. manatı və ya 9,5 faizi məktəbəqədər və ibtidai təhsil xərclərinin, 81,1 mln. manatı və ya 5,3 faizi texniki-peşə məktəblərinin və liseylərin, 53,1 mln. manatı və ya 3,5 faizi internat və xüsusi məktəblərin maliyyələşdirilməsinə yönəldiləcək.
Səhiyyə xərcləri üçün isə 2013-cü ilin dövlət büdcəsindən 666,3 milyon manat ayrılacaq. Bu, 2012-ci illə müqayisədə 3,6 milyon manat və ya 0,5% çoxdur. Ayrılan vəsaitin 326,8 mln. manatı və ya 49,0 faizi xəstəxanaların, 98,0 mln. manatı və ya 14,7 faizi poliklinikalar və ambulatoriyaların saxlanılması xərclərinə, 232,4 mln. manatı və ya 34,9 faizi səhiyyə sahəsində digər xidmətlər üzrə xərclərə, 9,1 mln. manatı və ya 1,4 faizi səhiyyə sahəsində tətbiqi tədqiqatlar və səhiyyə sahəsinə aid edilən digər xidmətlər üzrə xərclərə yönəldiləcək. Son 5 ildə (2009-2013-cü illər) dövlət büdcəsinin cari xərclərində səhiyyə xərcləri 263,9 mln. manat və ya 65,6 faiz artıb.
Gələn il il bir sıra sahələrdə maaş, pensiya və müavinətlərin artırılması da nəzərdə tutulur.

Bu xəbər oxucular tərəfindən 1118 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |