Şrift:
İranlı rəsmi Bəşər Əsədin siyasi arenadan kənarlaşdırılması ilə bağlı ehtimalları rədd edib
18.05.2020 [09:59] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Milli Məclisinin spikerinin xüsusi köməkçisi Hüseyn Əmir Abdullahiyan rəsmi Tehran və Rusiyanın Bəşər Əsədin siyasi arenadan kənarlaşdırılması xüsusunda razılığa gəldiklərinə dair ehtimalları təkzib edib.



O, ölkəsinin Əsədi Suriyanın "qanuni prezidenti" kimi qəbul etdiyini deyib. Abdullahiyan bu ehtimalları Amerika və İsrailin "böyük yalanı" adlandırıb.



Qeyd etmək lazımdır ki, təqribən 1 ay bundan öncə uzun illər Suriyada fəaliyyət göstərmiş Rusiya Xarici İşlər Nazirliyinin yüksək vəzifəli diplomatı Aleksandr Akseniyonok Rusiya Beynəlxalq Münasibətlər Şurasının saytında yayınladığı məqalədə Bəşər Əsədi sərt tənqid etmişdi.



"Bizim müşahidələrimizə əsasən, Suriya rəhbərliyi (prezident Bəşər Əsəd-red.) uzaqgörən və dəqiq mövqe sərgiləməyə maraqlı deyil, əksinə hərbi çıxış yoluna təmərküzləşib, radikalcasına islahatlara qarşı çıxır", - deyə rusiyalı diplomat əlavə etmişdi.



Aleksandr Akseniyonok həmçinin qeyd etmişdi ki, bəzi vaxtlar Suriya ordusunun "terroristlərə", ya öz xalqına qarşı döyüşdüyünü anlamaq olmur.



Bu sözlər bir sıra ərəbdilli və Türkiyənin rəsmi televiziyası TRT də daxil olmaqla, türkdilli telekanallarda geniş müzakirələrə səbəb olmuşdu. Həmin media qurumları rusiyalı diplomatın sözlərinin İran və Rusiyanın Bəşər Əsədi siyasi arenadan uzaqlaşdırmaqla bağlı razılaşma əldə etmələrinin göstəricisi ola biləcəyi ehtimalını irəli sürmüşdülər.
Bu xəbər oxucular tərəfindən 376 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed