Şrift:
Mayın 18-də Azərbaycanda koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3833 test aparılıb
19.05.2020 [09:28] - Gündəm, Sağlıq
Mayın 18-də Azərbaycanda koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3833 test aparılıb. Bununla da indiyədək aparılan testlərin sayı 235 min 910-a çatıb.

Bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən məlumat verilib.

Həmçinin bildirilib ki, hazırda ölkəmizdə aktiv koronaviruslu xəstə sayı 1292-yə bərabərdir. Xəstələrdən 56 nəfəri reanimasiyadadır ki, onlardan da 17-si süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, mayın 18-də Azərbaycanda koronavirusa daha 113 yoluxma faktı qeydə alınıb, 40 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan, kəskin böyrək çatışmazlığı, şəkərli diabet və ürəyin işemik xəstəliyi olan 1961-ci il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 3387 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2055 nəfər müalicə olunaraq sağalıb, 40 nəfər vəfat edib, 1292 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 376 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed