19.05.2020 [10:09] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Xoy şəhərində koronavirusun yayılması fövqəladə vəziyyət səviyyəsinə çatıb.
Bu barədə Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə məlumat verib.
Onun sözlərinə görə, məsələni araşdırmaq və problemlərə həll yolu tapmaq üçün tibb mütəxəssislərindən ibarət qrup yaradılıb. Bu qrup sabah Xoya göndəriləcək.
O əlavə edib ki, Xoyda səhiyyə xidməti səviyyəsini yüksəltmək məqsədilə “Ayətullah Xoyi” xəstəxanası üçün KT aparatı alınıb.
Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri bu aparatın xeyriyyəçi bir vətəndaş tərəfindən alındığını deyib.
Qeyd edək ki, azərbaycanlılar tibbi imkanların çatışmazlığından əziyyət çəkdiyi halda İran hökuməti Azərbaycanın səhiyyə sahəsi üçün lazımı büdcəni ayırmır.
Daha öncə Şərqi Azərbaycanın Sarab şəhərinin İran parlamentindəki millət vəkili Yusif Davudi koronavirus infeksiyası ilə mübarizədə ayrı-seçkiliyə yol verildiyini bildirərək hökumətin Azərbaycana kifayət qədər büdcə vəsaiti və tibbi imkanların ayırmadığını kəskin tənqid etmişdi.
Davudinin sözlərinə görə, bu ayrı-seçkilik səbəb olub ki, Şərqi Azərbaycan xəstəxanaları tibbi xidmət üçün lazımi imkanların əldə edilməsində problemlə üzləşsin.

Bu xəbər oxucular tərəfindən 330 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |