Şrift:
İran əhalisinin sayı 10-14 yaşlı qızların sayəsində artırılır
16.10.2012 [10:36] - Güney Azərbaycan xəbərləri
Həmədan əyalətində ötən il 10-14 yaşlarında olan 1773 qız uşaqları ailə qurub.

Bu barədə əyalətin gənclər təşkilatının sədri Ələkbər Famil - Kərimi açıqlama verib.

O, bildirib ki, Həmədanda 2011-ci ildə 15-19 yaşlarında 8705 nəfər, 20-24 yaşlarında 7764 nəfər, 70-74 yaşlarında 22, 75-dən yuxarı yaşlarda 27 nəfər ailə qurub.

Qeyd edək ki, İranda 13 yaşından kiçik qızlar atalarının və məhkəmənin icazəsi ilə ərə verilə bilər.

Xatırladaq ki, bu günlərdə İran parlamentinin üzvləri Məhəmmədtağı Rəhbər və Mürtəza Tehrani jurnalistlərə açıqlamalarında onlardan çoxarvadlılığın yayılmasına dəstək verilməsini istəyiblər.
İsfahanın imam cüməsi, deputat Məhəmmədtağı Rəhbərin sözlərinə görə, ölkə əhalisinin artması üçün «evli kişilərin bir neçə arvad almasına, o sıradan da boşanmış qadınlarla evlənməsinə icazə verilməlidir: “Hesab edirəm ki, qadınlar an azı hər üç ildən bir uşaq doğmalıdır”.
Mürtuza Tehrani isə deyib ki, evli kişilərin yenidən evlənməsi təşviq olunmalı, bu, dəstəklənməlidir: “Bunun üçün də cəmiyyətdə psixoloji baxımdan zəmin yaradılmalı, cəmiyyətdə bunun normal qarşılanması üçün təbliğat gücləndirilməlidir”.
Xatırladaq ki, bir müddət öncə İslam Respublikasının ali rəhbəri ayətullah Xamneyi ölkə əhalisinin sayının artırılması ilə bağlı çıxış etmiş, abortların yasaqlanmasına toxunmuşdu
Çoxarvadlılıq isə deputatlar və hakimiyyətin bir sıra təmsilçiləri tərəfindən ara-sıra gündəliyə gətirilir. Buna etiraz edən qadın parlament üzvləri də olub. Ancaq hələ bu məsələ hələ söz olaraq, qalmaqdadır.
Bu xəbər oxucular tərəfindən 1461 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed