Şrift:
İranda koronavirusa yoluxmuş tibb personalının sayı 792 nəfərə çatıb
19.05.2020 [13:57] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Tibb Sistemi Təşkilatının ictimaiyyətlə əlaqələr və beynəlxalq işlər üzrə baş direktoru Hüseyn Kirmanpur mayın 18-də “Twitter” səhifəsində paylaşdığı bir yazıda ölkədə koronavirusa yoluxmuş tibbi personalın statistikasını yayıb.



O bildirib ki, bu günə qədər tibbi personaldan olan 792 nəfərin “Covid-19” infekasiyasına yoluxması faktı qeydə alınıb: “Biz, ölkə üzrə koronavirusa yoluxmuş və ya xəstələri müalicə edərkən həyatını itirmiş tibbi personalın dəqiq sayını müəyyənləşdirməyə çalışırıq.



Lakin hələlik bizdə olan dəqiq məlumata əsasən, bu günə qədər infeksiyaya yoluxmuş tibb personalının sayı artaraq 792 nəfərə çatıb. Təəssüflər olsun ki, virusa yoluxmuş 107 həmkarımız da xəstəlikdən ölüblər” -deyə, İran Tibb Sistemi Təşkilatının ictimaiyyətlə əlaqələr və beynəlxalq işlər üzrə baş direktoru Hüseyn Kirmanpur “Twitter”də yaydığı yazıda bildirib.
Bu xəbər oxucular tərəfindən 313 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed