Şrift:
Əli Mütəhhəridən Xamneyiyə: "Seçimi xalqa vermək lazımdır, Nəzarət Şurasına deyil"
19.05.2020 [13:59] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Milli Məclisinin sabiq deputatı Əli Mütəhhəri Əli Xamneyiyə göndərdiyi məktubda Nəzarət Şurasının seçki və namizədlərin təsdiqlənməsi prosesində yol verdiyi qanunsuzluqları tənqid edib və bu addımı təndiqçilərin qamçılanması kimi dəyərləndirib.



Namizədliyi Nəzarət Şurası tərəfindən təsdiq edilmədiyinə görə son Parlament seçkilərindən kənarda qalan Mütəhhəri Şuranın namizədliyi təsdiqləmə üsulunu ifadə azadlığının pozulması adlandırıb.



O, məktubda seçki prosesinin böyük hissəsində ixtiyarı xalqa verməyi təklif edib.



"Konstitusiyanı qəbul edən, korrupsioner əməli və əxlaqi problemi olmayan və seçilmək üçün tələb edilən şərtlərə cavab verən şəxslər namizəd ola bilməlidirlər", - deyə sabiq deputat fikrini tamamlayıb.



Xatırladaq ki, Nəzarət Şurası fevralın 21-də keçirilmiş 11-ci çağırış Milli Məclis seçkilərindən əvvəl 10-cu çağırış Parlament deputatlarından təxminən 90 nəfərinin namizədliyini qəbul etməmişdi. Bundan savayı, seçkilərdən əvvəl islahatçılardan böyük əksəriyyətinin də namizədliyi müxtəlif bəhanələrlə qəbul edilməmişdi. Bu isə həm islahatçı namizədlər, həm də 10-cu çağırış Milli Məclis deputatları ilə Nəzarət Şurası arasında qalmaqala səbəb olmuşdu.
Bu xəbər oxucular tərəfindən 326 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed