19.05.2020 [14:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
"Washington Post" mayın 9-da İranın Şəhid Rəcayi limanında su və yol infrastrukturuna qarşı kiber hücumun İsrail tərəfindən həyata keçirildiyini bəyan edib.
Bu barədə qəzetə açıqlama verən adlarının qeyd edilmədiyi amerikalı və 1 xarici ölkə rəsmiləri hücumun İranın aprel ayında İsrailin su təsisatına qarşı həyata keçirdiyi hücuma qarşılıq olduğunu deyiblər. Onların sözlərinə görə, kiber hücum nəticəsində limanın kompüterləri sıradan çıxıb.
"Reuters" agentliyinin "Washington Post"un iddiası ilə bağlı İsrailin Amerikadakı səfirliyinə ünvanladığı sual isə cavabsız qalıb.
Xatırladaq ki, hücumla bağlı məlumat yayan İranın Limanlar və Dənizçilik Təşkilatının icraçı direktoru Məhəmməd Rastad kiber hücumun "uğurlu olmadığını", yalnız bəzi təsisatlara "cüzi zərər vurduğunu" iddia etmişdi.
Lakin "Washington Post"un adını açıqlamadığı xarici ölkənin təhlükəsizlik rəsmisi hücumun İran rəsmilərinin dediklərindən daha çox limana zərər vurduğunu deyib.

Bu xəbər oxucular tərəfindən 332 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |