Şrift:
Niger ordusunun 12 əsgəri terrorçular tərəfindən öldürülüb
20.05.2020 [09:21] - Gündəm, Hərb
Nigerin cənub-şərqində yerləşən Blabrin yaşayış məntəqəsində “Boko Haram” terror təşkilatının silahlı qruplaşmasının hərbi posta hücumu nəticəsində azı 12 əsgərin həlak olub.

Bu ölkənin Müdafiə Nazirliyi daha 10 hərbçinin yaralandığı barədə məlumat yayıb. Qeyd olunub ki, bir neçə saat davam edən döyüşdə hərbçilər 7 terrorçunu öldürüblər.

“Boko Haram” terror təşkilatı Nigerdə 2009-ci ildən hakimiyyəti ələ keçirməyə can atır. Sıraları sürətlə artan terrorçular Kamerun və Çadda da öz bazalarını yaradıblar. Bu ilin yanvarında da “Boko Haram” Nigerdə 20 hərbçini qətlə yetirib.
Bu xəbər oxucular tərəfindən 447 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed