Şrift:
Koronavirusdan sağalmanı sürətləndirən dərmanın adı açıqlandı
20.05.2020 [09:27] - Gündəm, Sağlıq
“İnterferon”un qəbulu koronavirusa yoluxmuş şəxslərin sağalmasını sürətləndirir.



Bu barədə beynəlxalq tədqiqatçılar qrupunun “Frontiers in Immunology” jurnalında dərc olunan məqalələrində bildirilib.


Tibb işçiləri 77 yetkin pasiyentin müalicəsi üçün “İnterferon-a2b” və “Arbidol”dan istifadə ediblər. Xəstələr gün ərzində 5 milliqram “İnterferon-a2b”, ya gündə üç dəfə 200 milliqram “Arbidol”, yaxud hər iki preparatın kombinasiyasını qəbul ediblər. Yekunda “Arbidol”la birlikdə, yaxud ayrılıqda istifadəsindən asılı olmayaraq, “İnterferon” qəbul edən pasiyentlərin yeddi gün daha tez sağaldığı məlum olub.



İddia olunur ki, “İnterferon-a2b” yuxarı tənəffüs yollarında müəyyən edilən SARS-CoV-2 hissəciklərinin sayını əhəmiyyətli dərəcədə azaldır.



İlkin məlumatlara görə, sözügedən preparat cinsindən, yaşından və xroniki xəstəliklərindən asılı olmayaraq, bütün pasiyentlərdə stabil effekt nümayiş etdirib.
Bu xəbər oxucular tərəfindən 481 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed