16.10.2012 [11:05] - Gündəm, Siyasət
Kremlə görə, Bakı Transxəzər neft kəməri layihəsindən imtina etməli, hərbi donanmasnı rusların himayəsinə verməli, neft-qaz yataqlarının birgə istifadəsinə razılaşmalıdır
2011-ci ildə Rusiyanın təşəbbüsü ilə keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşü nəticəsiz başa çatandan sonra danışıqlar prosesində uzun müddət davam edəcək durğunluğun yaranacağı ilə bağlı proqnozlar özünü doğrultdu.
2008-ci ildən başayaraq tərəflər arasında danışıqlarda müzakirə olunan məsələlər 2010 və 2011-ci ildə Rusiyanın vasitəçilliyi ilə intensivləşən təmaslar zamanı Kremlin təsiri ilə müəyyən konkret müddəalar şəklinə salınmışdı. Amma bu müddəaların qəbulu ilə bağlı razılıq əldə olunmaması faktiki Qarabağ nizamlanmasında yeni bir mərhələinin başladılmasını zəruri edir.
Hələlik isə bu mərhələnin başlaması üçün zəruri təşəbbüslər gözə dəymir.
2012-ci ili başa çatmaq üzrədir və ənənəvi olaraq Qarabağ danışıqlarında əsas vasitəçi rolunda çıxş edən ATƏT-in Minsk qrupu yenə status-kvonun saxlanmasının zəruriliyini birbaşa və dolaysıyla dəstəkləyən bəyanatlar verməklə kifayətlənir. Şübhəsiz ki, ilin sonuna qədər bir neçə dəfə belə bəyanatların şahidi ola bilərik.
Ruslar niyə “sakitləşdilər”
Qarabağ məsələsinin nizamlanmasında fasilə veriləcəyi heç kim üçün gözlənilməz olmasa da, iki illik aktiv vasitəçilik səylərindən sonra Moskvanın birdən-birə “sakitləşməsi” birmənalı qarşılanmadı.
Başladığı işi sona çatdırmadan, yaxud bütün imkanları sınaqdan çıxarmadan “yorulmaq”, Şimal qonşumuzun əsrlərdən bəri müşahidə etdiyimiz diplomatik vərdişləri ilə heç bir araya sığmır. Bütün dünya, xüsusən qonşu ölkələr çox yaxşı bilirlər ki, Kreml istəyəndə çox inadkar olur və bu haqda hətta diplomatik çevrələrdə lətifələr belə söylənilir.
Amma Rusiya birdən-birə sanki Kazanda dil tapmadıqlarına görə, Bakı və İrəvana qəzəblənmiş kimi görünür. Bu öılkə prezidentlərin nəticəsiz Həştərxan, Soçi görüşlərindən sonra daha inadkar görünür və tərəflər arasında təmasların intensivləşdirilməsi səylərini daha da gücləndirirdilər. İndi isə tamam fərqli situasiya yaranıb. Sanki Rusiya bur qədər arxayın davranır və nəyisə gözləyir.
Rusiyanın bir kənara çəkilməsini müxtəlif amillərlə izah edilir: Rusiyada prezident dəyişikliyi və Yaxın Şərqdəki proseslər, ümumiyyətlə, qlobal miqyasda gərginləşən nüfüz savaşı.
Prezident dəyişikliyi ehtimalı inandırıcı görünmür və Rusiyada baş verən son hadisələr göstərdi ki, axırıncı 4 ildə Vladimir Putin Kremlin təşəbbüslərini tam nəzarətində saxlaya bilib. Kremlin Qarabağ təşəbbüsləri şübhəsiz ki, onun xeyr-duası olmadan baş tutmamışdı.
Yaxın Şərqdəki proseslər və bunların təsiri ilə qlobal miqyasda gərginləşən nüfuz savaşı doğurdan da Rusiyanın xarici siyasətinə əhəmiyyətli korrektələr etdi. Artıq Moskva ilə Vaşinqton arasında daha çox prezident Obamanın təşəbbüsü ilə başlayan “bal ayı” bitib. Kreml açıq şəkildə Suriyada Bəşər Əsədi bütün mümkün vasitələrlə hələ ki müdafiə edir. Tehran-Moskva müttəfiqliyi Suriyada daha qabarıq üzə çıxır və tərəflər hələ ki birgə hərkət etməyə üstünlük verirlər.
Ekspertlər qeyd edirlər ki, Moskva dünyada öz təsir imkanlarını qorumaq üçün bütün mümkün və potensial imkanlarını səfərbər edib. Bu situasiyada Qarabağ münaqişəsi də Rusiya üçün vacib “kozır”lardan biri kimi nəzərdən keçirilir. Bu münaqişə və Ermənistanın tam nəzarətdə olması Kremlə Çənubi Qafqazda və Xəzər bölgəsində proseslərlə müxtəlif variantlarda təsir etmək imkanı verir.
Bölgənin aparıcı ölkəsi olan Azərbaycan hər zaman Qarabağ münaqişəsi və Moskva amilini nəzərə almaq məcburiyyətindədir.
Ruslar Xəzər sövdələşməsini təklif edir
Şübhəsiz ki, bütün bu proseslər fonunda Moskvadan Qarabağ münaqişəsinin nizamlanması üçün hansısa diplomatik və vasitəçilik səyləri gözləmək sadəlöhvlük olardı. Ruslar yalnız bütün bölgədə proseslərə daha böyük təsir imkanı vercək sövdələşməyə razı ola bilərlər. Diplomatik mənbələrdən daxil olan məlumatlarda qeyd edilir ki, Rusiya artıq bu sövdələmə ilə bağlı Azərbaycana ilkin mesajını verib. Kreml Qarabağ əvəzində Xəzərin Azərbaycana aid hissəsində də möhkəmlənmək niyyətindədir. Burada hərbi iştirakının miqyasını genişləndirmək və Azərbaycanın neft-qaz yataqlarının birgə istismarını təklif edir. Ruslar hesab edirlər ki, Azərbyacan Qarabağ münaqişəsində Moskvanın dəstəyini almaq istəyirsə, buna gedə bilər və indiyə qədər Xəzərin hüquqi status ilə bağlı əldə olunmuş razılaşmalar da bu “əməkdaşlığa” yaxşı zəmin yaradır.
Belə ki, Rusiya, Azərbyacan və Qazaxıstan Xəzərin dibinin bölünməsi ilə bağlı saziş imzalayıblar. Bu razılaşmaya əsasən Xəzərin dibinin 64 faizinin bölüşdürülməsi artıq baş verib. Moskva strateqlərinin fikrincə, bu razılaşmadan çıxış edərək Kreml və Bakı “əməkdaşlığı” daha da dərinləşdirə bilərlər. Qarabağ münaqişəsində dəstək əvəzinə Bakı Transxəzər neft kəməri layihəsindən imtina edə, hərbi donanmasnı resların himayəsinə verə, qaz yataqlarının isə birgə istifadəinə razılışa bilər. Ruslar bəyan ediblər ki, Tehran və digər ölkələr də bu “əməkdaşlığa” sakit yanaşacaqlar.
Amma Azərbaycan çətin ki, bun razılıq versin. Birinci ona görə ki, Xəzərin coğrafi mövqeyi Qarabağdan qat-qat üstündür. Burada söhbət həm madiyyat, həm hərbi məsələ, həm də dünyaya su ilə çıxışdan gedir. Müşahidəçilər son zamanlar Rusiya ilə Azərbaycan arasında bəzən nəzərə çarpan, bəzən isə hiss edilməyən soyuqluğu məhz birincinin Qarabağ siyasəti ilə bağlayırlar. Çünki Azərbaycan dəfələrlə rəsmi şəkildə Qarabağın bir santimetrindən belə vaz keçməyəcəyini bəyan edib. Bundan sonra “Ya Qarabağ, ya Xəzər” dilemması ilə üz-üzə qalmaq təklifini nəzərdən belə keçirməz. Görünür ona görə də Rusiya Qarabağ məsələsini şimal buzu ilə hələ uzun müddət dondurulmuş şəklidə saxlamağa üstünlük verəcək. Məsələ ondadır ki, Xəzər hərarəti ilə Avropanı donmaqdan xilas edə bilirsə, demək ani bir məqamda bu istilik Qarabağın şimal donunu da aça bilər.
Xəzər uğrunda Qərb-Rusiya mübarizəsi və Azərbaycan
Hələ 2000-ci ildə Rusiya prezidenti Vladimir Putin tərəfindən Xəzər Rusiyanın “xüsusi maraqlar” zonası elan edilib. 2001-ci ildə isə Avropa Birliyi Avropa Komissiyasına Azərbaycan və Türkmənistlanla Transxəzər qaz kəmərinin çəkilməsi ilə bağlı danışıqlar aparmağa mandat verib. Bundan illər qabaq, 1997-ci ildə ABŞ senatoru Robert Bird “Xəzər regionunda ABŞ siyasəti” mövzusunda çıxışında Azərbaycnı ABŞ-ın Cənubi Qafqazdakı strateji tərəfdaşı adlandırmışdı. Həmin ilin avqustunda isə prezident Bill Klinton tərəfindən Xəzər regionu ABŞ-ın milli maraqlarına daxil olan zona elan edilib.
Əslində 1993-cü ildə başalayan və 2000-ci ildən intensivləşən Xəzər uğrunda mübarizə Qərb və Rusiyanın xarici siyasətində hazırda proritet məsələlərdəndir. Xəzərə nəzarət Qərb üçün Rusiya və İrana qarşı çox böyük təsir imkanıdır. ABŞ və Avropa Birliyinin Xəzər bölgəsinə nüfuz edilməsi prosesi isə Azərbaycan üzərindən həyata keçirilir. Hələ ki, Xəzərdə rəqabət və mübarizə daha çox pərdəarxası aparılır və tərəflər daha böyük qıcıqlandırıcı təşəbbüslərdən çəkinirlər.
Lakin gələcəkdə İran ətrafındakı proseslər gərginləşdiyi zaman Xəzər bölgəsində də “əzələ nümayişi” istisna olunmur. Transxəzər qaz kəməri ilə bağlı danışıqların ilk raundundan sonra Brüssel ilə Moskva arasında yaranan gərginlik və “bəyanat müharibəsi” unudula bilməz. Yalnız qaz kəmərinin çəkilməsi imkanları nəzəri cəhətdən müzakirə olunurdu. Konkret addımlar atdıldığı zaman isə tərəflər çətin ki, bu cür nəzakətli davransınlar.
Bütün bunlara rəğmən Rusiyanın təklifi qəbul olunana oxşamır. Azərbaycan Qarabağı itirsə də, müstəqilliyini qorudu, amma Xəzər tam Rusiyanın nəzərətinə verilsə, Kremlin Xəzərdəki “forpostu” olmaqdan böyün qaçırmaq alınmayacaq. Şübhə yoxdur ki, bunu həm də bütün dünya dərk edir. İndilikdə isə başı Yaxın Şərqdə qarışan Avropanın çətin ki, Xəzəri Rusiyaya vermək niyyəti olsun. Bu məsələdə Türkiyənin mövqeyi və maraqları isə tamamilə başqa br mövzudur.
Zaur İbrahimli

Bu xəbər oxucular tərəfindən 1477 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |