Şrift:
Güney Azərbaycanlı fəallar Təbrizdə siyasi məhbusların ailəsi ilə görüşüblər
16.10.2012 [11:17] - Güney Azərbaycan xəbərləri
Təbrizdə bir qrup azərbaycanlı fəal siyasi məhbusların evinə gedib və onların ailəsi ilə görüşüblər.

15 nəfərə yaxın milli-mədəni fəal Məsud Hüseynzadə və Vəhid Rastqunun evində olub və onların yolunun davam etdiriləcəyini vurğulayıblar.

Görüş zamanı azərbaycanlı siyasi məhbusların ailəsinin olduqca səbirli və ümidli olduqları müşahidə olunub.

Qeyd edək ki, Təbriz inqilab məhkəməsinin 1-ci şöbəsi keçən günlərdə Vəhid Rastqu, Əfsanə Toqir, Vəhid Həbibçeşme və Məhəmməd İskəndərzadənin barəsində həbs qərarı çıxarıb.

Oktyabrın 1-də mühakimə edilən azərbaycanlı fəalların hər biri 1 il həbs cəzasına məhkum edilib. Vəhid Rastqu, Vəhid Həbib çeşmə və Məhəmməd İskəndərzadənin məhkumluq müddətinin 6 ayı və Əfsanə Toqirin bütün məhkumluq müddəti 5 il müddətinə şərti olaraq təliqə salınıb.

Azərbaycanlı fəal Məsud Hüseynzadə isə bir neçə gün öncə gözlənilməz bir şəkildə məhkəmə qarşısına çıxarılıb. O, iyulun 9-da iş yerindən gələrkən öz evinin qapısında Təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb və 70 gün ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsində saxlanıldıqdan sonra Təbrizin mərkəzi zindanına intiqal edilib və bu günə qədər qeyri-müəyyən bir vəziyyətdə saxlanılır.
Bu xəbər oxucular tərəfindən 965 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed