20.05.2020 [11:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo bildirib ki, BMT İrana qarşı qəbul edilmiş silah embarqosunu ləğv etsə belə, ABŞ bu ölkəyə silah almağa icazə verməyəcək.
Bu sözləri ötən gün keçirdiyi mətbuat konfransında səsləndirən Pompeo həmçinin qeyd edib ki, rəsmi Vaşinqton Təhlükəsizlik Şurası üzvlərini silah satışı embarqosunun müddətinin uzadılmasına uzatmağa inandıra bilməsə, İranın silah ala bilməməsi üçün mümkün olan bütün variantları araşdıracaq.
“2015-ci ildə imzalanmış nüvə razılaşmasının çox çatışmazlıqları var. Elə İrana qarşı qəbul edilmiş silah satışı embarqosunun bu ilin oktyabrında sona çatması razılaşmanın ən böyük naqisliklərindən biridir”, – deyə Pompeo fikrini tamamlayıb.
Qeyd etmək lazımdır ki, BMT Təhlükəsizlik Şurasının 2015-ci ildə İranla 5+1 ölkələri arasında imzalanmış nüvə razılaşmasına əlavə olaraq qəbul etdiyi 2231 saylı qətnamə 5 il müddətində dünya ölkələrinə İranla silah ticarətini qadağan edir. Bu sanksiya İranın nüvə proqramının dinc olduğu sübuta yetirildiyi təqdirdə, cari ilin oktyabr ayının 18-də sona çatacaq.

Bu xəbər oxucular tərəfindən 281 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |