Şrift:
Bağlanan “Təbriz Peşə Muzeyi”nin əşyaları zibil maşını ilə daşındı
20.05.2020 [14:09] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran rejimi məsullarının laqeyd münasibəti nəticəsində “Təbriz Peşə Muzeyi”nin fəaliyyətinin həmişəlik dayandırılması ilə bağlı tənqidlər davam edir.





Üç il öncə təbrizli heykəltəraş və kolleksiyaçı Rza Sarabi Əqdəmin təşəbbüsü ilə fəaliyyətə başlayan və Azərbaycanın tarixi peşələrini özündə əks etdirən muzey mayın 18-də Dünya Muzey günündə bağlandı.





Qapadılan muzeyə aid əşyaların Təbriz Bələdiyyəsi idarəsi tərəfindən uyğunsuz şəkildə daşınmasını əks etdirən video sosial şəbəkələrdə etirazlara səbəb olub.

İctimai Şəbəkələrdə paylaşılan videoda Azərbaycanın tarixi eksponatlarının Təbriz şəhərinin 8 saylı rayonunun bələdiyyə idarəsinə məxsus zibil maşını ilə daşındığı göstərilir.
Bu xəbər oxucular tərəfindən 371 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed