21.05.2020 [10:08] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ümumdünya Bəhai İcması yaydığı bəyanatda bu dinin nümayəndələrinə qarşı son dövrlər İranda təqiblərin daha da kəskinləşməsi barədə xəbərdarlıq edib.
Məlumatda bildirilir ki, son günlər bəhailərin qanunsuz olaraq həbsi, ağır həbs cəzalarına məhkum edilmələri və bəhai məhbuslara koronavirusla bağlı verilmiş məzuniyyətin ləğv edilməsi ciddi narahatlıq doğurur.
Cenevrədə yerləşən Cəmiyyətin sözçüsü Diyan Əlayi təmsil etdiyi qurumun öz üzvlərinin qanunsuz və saxta ittihamlarla tutulmasını dərin narahatlıqla qarşıladığını deyib.
Qeyd etmək lazımdır ki, son günlər ərzində Şirazda 7 bəhaiyə qarşı həbs hökmləri çıxarılıb, 2 bəhai İsfahanda həbs edilib və 5 nəfərin hər birinə qarşı çıxarılmış 1 il həbs hökm isə Kərəc Apellyasiya Məhkəməsi tərəfindən olduğu kimi saxlanılıb.
Rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşayır. İran İslam Respublikasının Konstitusiyası bəhai dinini müstəqil bir din kimi tanımır. Bu səbəbdən son 41 il ərzində İranda bəhailərin sərbəst təhsil almasına və dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.

Bu xəbər oxucular tərəfindən 323 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |