Şrift:
Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayı 4000-i keçib
21.05.2020 [10:09] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində son 24 saatda 67 yeni koronavirusa yoluxma faktı qeydə alınıb.





Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə əyalətdə koronavirus xəstəliyinə yoluxanların ümumi sayının 4001 nəfərə çatdığını bildirib. Ağazadənin sözlərinə görə, xəstəliyə yoluxanlardan 1790 nəfər tam sağalaraq evlərinə göndərilib. Rəsmi infeksiyadan ölənlərin sayının 195 nəfər olaraq qaldığını deyib.





Ağazadənin dediyini görə Urmiyada 1245 nəfərdə, Xoyda 750 nəfərdə, Soyuqbulaqda (Mahabad) 405 nəfərdə və Qoşaçayda (Miyandab) 400 nəfərdə infeksiya aşkarlanıb.





Şərqi Azərbaycan əyalətində də son günlərdə 793 yeni koronavirusa yoluxma halı aşkar edilib. Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi əyalətdə infeksiyaya yoluxanların sayının 7391 nəfərə çatdığını bildirib, lakin ölənlərin sayı haqda məlumat verməyib.





Güney Azərbaycanın Ərdəbil əyalətində də koronavirus infeksiyasına yoluxanların sayı 2292 nəfərə çatıb. Ərdəbil səhiyyə rəsmilərinin verdiyi məlumata görə, əyalətdə son 24 saatda 54 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. Ərdəbildə xəstəliyin qurbanlarının ümumi sayı haqqında məlumat verilməyib.





Güney Azərbaycanın Zəncan əyalətində isə rəsmi açıqlamalara görə, koronavirus infeksiyasına yoluxanların sayı 1106 nəfərə çatıb. Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş son 24 saatda daha dörd nəfərin xəstəliyə yoluxduğunu bildirib. Zəncanda koronavirusdan ölənlərin sayı isə 119 nəfərə çatıb. Qızılbaş xəstəliyə yoluxanlardan 913 nəfərinin tam sağaldığını bildirib.





Güney Azərbaycanın Həmədan və Qəzvin əyalətlərinin səhiyyə xidməti məsulları isə pandemiya ilə bağlı yeni rəqəmlər açıqlamayıb.
Bu xəbər oxucular tərəfindən 250 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed