Şrift:
İranda dolların məzənnəsi daha 300 tümən artaraq, 18 min tümənə çatıb
21.05.2020 [10:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Mayın 20-də İranda ABŞ dollarının məzənnəsi ötən günlə müqayisədə daha 300 tümən artaraq, 18 min tümənə çatıb.



Yayılan məlumatlara əsasən, bu gün axşam saatlarına yaxın, İranın valyuta dəyişmə məntəqələrində və qara bazarda hər ABŞ dolları 18 min tümən qarşılığında mübadilə edilib. Dünən isə hər ABŞ dollarının dəyəri 17 min 700 tümən civarında idi.



Bununla da, son bir ay ərzində İranda dolların məzənnəsi 2000 tüməndən çox bahalaşıb.



İranda dolların məzənnəsinin gedikcə artmasının səbəbi isə, son iki ay yarımda koronavirusun ölkədə geniş yayılması, neft qiymətinin kəskin ucuzlaşması, hökumətin iqtisadi baxımdan iflasa uğraması, eləcə də İranın valyuta və qızıl bazarlarında qiymətlərin davamlı olaraq enib-qalxması ilə əlaqələndirilir.



İranın iqtisadi dairələrində dolların qiymətinin qarşıdan gələn aylarda 25 min tümənə qədər artacağı proqnozlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 379 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed