Şrift:
Güney Azərbaycanın Əhər şəhərində yenə zəlzələ olub
16.10.2012 [12:06] - Güney Azərbaycan xəbərləri
Bu gün səhər İranın Şərqi Azərbaycan əyalətinin Əhər şəhərində zəlzələ baş verib.Bu barədə İRNA agentliyi xəbər yayıb.

Zəlzələnin gücü Rixter cədvəli üzrə 3,4 bal olub.

Yeraltı təkanlar yerli vaxtla saat 07:45-də qeydə alınıb. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

Xatırladaq ki, avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətində 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölmüş, 2500 yaxın adam xəsarət almışdı. Əyalətdə 538 kənddən 110-u qismən və ya tamamilə dağılmış, təxminən beş min bina zərər görmüşdü.
Bu xəbər oxucular tərəfindən 1221 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed