Şrift:
İranda daha 5 nəfər edam oldu
16.10.2012 [12:59] - Güney Azərbaycan xəbərləri
İranın Təbəs və İsfahan şəhərlərində 5 nəfər edam edilib.

Narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilən bir məhbus İsfahan, 4 nəfər isə Təbəs şəhərində həbs olunub.

İsfahanda həbs edilən şəxsin üzərindən 16,7 kq, Təbəs zindanında saxlanılan 4 nəfərdən isə ümumilikdə 330 kq narkotik maddə götürülüb. Birlikdə həbs edilən 4 nəfər 7 dəvə karvanı ilə qaçaqmalçılıqla məşğul olub.

Yerli məhkəmənin çıxardığı ölüm hökmü İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənəndən sonra İsfahan və Təbəs həbsxanalarında icra edilib.
Bu xəbər oxucular tərəfindən 1253 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed