Şrift:
Güney Azərbaycanda 2006 may qiyamının ildönümündə “Gənclik” kitabı yayımlanıb
21.05.2020 [14:01] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın 2006 may (1 Xordad) qiyamının 14-cü ildönümündə “Gənclik” adlı kitabça nəşr olunaraq müxtəlif şəhərlərdə geniş miqyasda paylanıb.





Türkcə-farsca 44 səhifəlik kitabça “Güney Azərbaycan Gəncliyi” tərəfindən yayımlanıb.





Kitabçada gənclərin Azərbaycanın müxtəlif siyasi-ictimai hərəkatında, o cümlədən, Xordad qiyamındakı rolu barədə yazılar dərc edilib.



Kitabçanın cildində 1945-1946-ci illərdə qurulan Milli Hökumətin baş prokuroru Firidun İbrahimi və milli hərəkatın tanınmış simalarından olan Əziz Purvəlinin vəfatlarının ildönümü münasibətilə şəkilləri yer alıb.





Nəşriyyədə həmçinin Xordad qiyamının şəhidləri haqqında məlumat verilib.





Məlumata görə, “Gənclik” Azərbaycanlı gənclər, xüsusilə milli fəallar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Bu xəbər oxucular tərəfindən 375 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed