Şrift:
Milli fəal Ruzbeh Piri 3 ay həbs cəzasına məhkum edilib
21.05.2020 [14:02] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney azərbaycanlı milli-mədəni fəal, Təbriz sakini olan Ruzbeh Piri məhkəmə tərəfindən 91 gün azadlıqdan məhrum edilib.





Təbrizin Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi Pirini “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə 91 gün həbs cəzasına məhkum edib.





Türk fəal daha öncə Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən 10 ay həbs cəzasına məhkum edilmişdi.





Ruzbeh Piri qardaşı Yaşar Piri ilə 2019-cu ilin noyabr ayında İranda bahalığa qarşı keçirilən etiraz aksiyaları zamanı bir çox azərbaycanlı fəal kimi təhlükəsizlik qüvvələri tərəfindən qanunsuz olaraq saxlanmışdı.





Piri qardaşları 3 ay saxlandıqdan sonra fevralın 5-də mülki vəsiqə qarşılığında Təbrizin Mərkəzi Zindanından azadlığa buraxılıb.



Piri qardaşları insan hüquqları, ətraf mühit və heyvan hüquqları ilə bağlı apardıqları mədəni fəaliyyətlərinə görə uzun müddətdir ki, təhlükəsizlik orqanlarının ağır təzyiqlərinə məruz qalır.




Ruzbeh Piri hazırda hüquq ixtisası üzrə təhsil alır.
Bu xəbər oxucular tərəfindən 392 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed