21.05.2020 [14:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Beynəlxalq Əfv Təşkilatı- "Amnesty İnternational" Birləşmiş Millətlər Təşkilatından İranın təhlükəsizlik qüvvələrinin 2019-cu ilin noyabrında keçirilmiş nümayişlərdə etirazçıları qətliam etməsi barədə araşdırma aparmasını tələb edib.
Təşkilatın yaydığı bəyanatda bildirilir ki, əldə olan sübutlara əsasən, İran rejiminin təhlükəsizlik qüvvələri həmin etirazların amansızcasına yatırılması zamanı azı 304 kişi, qadın və uşağı qətlə yetirib.
"Apardığımız araşdırmalar, habelə əldə olan foto və videoların incələməsi həmin insanlardan 220 nəfərinin etirazların ilk 2 günündə öldürüldüyünü göstərir", - deyə Amnesty İnternational"ın bəyanatında qeyd edilir.
Təşkilat həmçinin bildirib ki, öldürülənlərin heç biri silahlı olmayıb və onlar təhlükəsizlik qüvvələrinin həyatları üçün heç bir təhdid formalaşdırmayıblar. Bəyanatda yalnız İranın bir şəhərində təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında atışmanın olduğu istisna hal kimi qeyd edilir.
Beynəlxalq Əfv Təşkilatının rəsmilərində biri Flip Luter məsələ ilə əlaqədar qeyd edib ki, İran hökuməti tərəfindən təzyiq, təhdid və təhqirlərə rəğmən, etirazlar zamanı öldürülmüş insanların ailələri hələ də ədalətin bərqərar olması üçün mübarizələrinə davam edirlər.
"Təhlükəsizlik qüvvələrinin cəzalandırılmaması və hüququn fövqündə dayanması İranda gələcəkdə baş tuta biləcək hər cür etirazın bundan da zalımcasına yatırılmasına zəmin yaradacaq", - deyə rəsmi əlavə edib.
O, sonda BMT-nin İnsan Haqları Şurasının üzvlərindən məsələni araşdırmağı, ədalətin bərqərar olmasına və qurbanların ailələrinə kompensasiya ödənilməsə çalışmağı istəyib.
Beynəlxalq Əfv Təşkilatının bəyanatında həmçinin vurğulanır ki, aparılmış araşdırmalar təhlükəsizlik qüvvələrinin etirazçıları İranın 8 əyalətinin 37 şəhərində qətlə yetirdiklərini göstərir. Bu isə amansız repressiyanın çox geniş səviyyədə aparıldığının göstəricisidir.
Bəyanatda yerləşdirilmiş statistikada ən çox etirazçının 163 nəfər olmaqla, Tehranın kasıblar yaşayan kənar məhəllələrində öldürüldüyü vurğulanır. Bu istiqamətdə 2-ci yerdə 57 nəfərlə ərəblərin yaşadığı Xuzistan əyaləti, 3-cü yerdə isə 30 nəfərlə Kirmanşah əyaləti gəlir.
Qeyd etmək lazımdır ki, etirazların yatırılmasından bir neçə həftə sonra "Reuters" agentliyi İranın Daxili İşlər Nazirliyində olan etibarlı mənbələrinə istinadən həmin hadisələr zamanı azı 1500 nəfərin təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirildiyi, minlərlə insanın isə həbs olunduğu barədə məlumat yaymışdı. Rəsmi Tehran dəfələrlə vəd verməsinə baxmayaraq, bu günə qədər benzinin qiymətinin bahalaşması əleyhinə baş tutmuş həmin nümayişlər zamanı öldürülən, yaralanan və həbs edilənlərlə bağlı rəsmi statistika dərc etməyib.

Bu xəbər oxucular tərəfindən 386 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |