Şrift:
İranda daha 66 nəfər koronavirusdan ölüb, 2392 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkar edilib
21.05.2020 [14:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda son bir gün ərzində daha 66 nəfər koronavirusdan ölüb, 2392 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkar edilib.

Bu barədə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bu gün koronavirus qurbanları ilə bağlı yeni statistikanı açıqlayaraq məlumat yayıb.

Cahanpur bildirib ki, son bir sutkada ölkənin müxtəlif şəhərlərində daha 66 nəfər “Covid-19” xəstəliyindən həyatını itirib: “ “Bununla da ölkədə bu günə qədər koronavirus infeksiyasından ölənlərin ümumi sayı 7249 nəfərə, xəstəliyə yoluxanların ümumi sayı isə 129 min 341 nəfərə yüksəlib.

Xoşbəxtlikdən xəstəlikdən sağalıb evə buraxılanların sayı da artaraq, 100 min 564 nəfərə çatıb.

Təəssüflər olsun ki, hazırda koronavirusa yoluxan və intensiv terapiya şöbələrində müalicə alan xəstələrdən 2655 nəfərinin durumu ağırdır” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur əlavə edib.
Kiyanuş Cahanpur ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 7249 nəfərə, yoluxanların sayının isə 129341 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə indiyə qədər “Covid-19” pandemiyasından ölənlərin sayının 45000 nəfəri keçdiyini, 1 milyondan çox insanın isə infeksiyaya yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 398 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed