Şrift:
Güney milli fəal Məsud Hüseynzadə 2 il həbs cəzasına məhkum edildi
16.10.2012 [13:23] - Güney Azərbaycan xəbərləri
Bir neçə gün öncə azərbaycanlı fəal Məsud Hüseynzadə gözlənilmədən məhkəmə qarşısına çıxarıldı.

Hüseynzadə oktyabrın 11-də vəkilsiz bir şəraitdə Təbriz inqilab məhkəməsinin 1-ci şöbəsində Hakim Həmlbərin sədrliyi ilə mühakimə olundu.

Azərbaycanlı fəal qanunsuz şəraitdə mühakimə olunduğuna etiraz etsədə, bu etiraz nəzərə alınmayıb və məhkəmə onun haqqında həbs qərarı çıxarıb. Qərara əsasən milli-mədəni fəal 2 il müddətinə azadlıqdan məhrum edilib. Həbs müddətinin 18 ayı qeyd-şərtsiz icra olunmalıdır. Lakin, qalan 6 ay, 5 il müddətinə şərti olaraq asılı saxlanılıb.

Adını çəkdiyimiz azərbaycanlı fəal sistemin əleyhinə təbliğ və İranın ali dini rəhbərini təhqir etməkdə günahlandırılıb.
Bu xəbər oxucular tərəfindən 1095 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed