21.05.2020 [23:22] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Bir personanın dəyişməsi ilə məsələnin həllinin mümkünlüyünə inanmıram”
Sosial şəbəkələrdə müxalifətdə olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin adından səsləndirilən fikirlər paylaşılır. Həmin fikirlərdə partiya sədri Ali Baş Komandan kimi İlham Əliyevə müraciət edərək, ona müdafiə naziri vəzifəsinin verilməsini təklif edir.
Bu xüsusda qeyd edilir ki, Əli Əliyev 6 aya erməniləri Şuşadan çıxaracağına söz verir və bildirir ki, edə bilməsə, başına güllə vurub özünü öldürəcək. Belə fikirlərin Əli Əliyev tərəfindən həqiqətən səslənib-səslənmədiyini aydınlaşdırmaq üçün VİP sədrinin özü ilə əlaqə saxladıq. Partiya sədri qəzetimizə açıqlamasında faktı təsdiqlədi: “Bəli, mən analoji məzmunda fikirlər səsləndirmişəm. Bu, fəlsəfəyə bağlı olan məsələdir. Mən inanıram ki, həmin vəzifəni mənə verəcəklər. Ermənilər artıq bizim səbrimizi tarıma çəkib. Şuşanın işğalı günü gedib orda müxtəlif performanslar göstərirlər. İndi də qondarma qurumun “prezidentinin” inauqurasiyasını Şuşada keçirirlər. Müxalif partiyanın sədri kimi mənim belə təklif irəli sürməyimdə qeyri-qanuni nəsə yoxdur. Alternativ fikir ortaya qoyaraq bildirirəm ki, müxalif partiyanın rəhbəri kimi mənə həmin vəzifəni versinlər və fəaliyyətimə mane olmasınlar, 6 aydan sonra mən sizi Şuşaya aparım. Davamında təklif etmişəm ki, bu aksiya həyata keçiriləndən sonra dərhal istefa verəcəm və İlham Əliyevin ömürlük prezident olması üçün referendum təşəbbüsü qaldıracam. Bundan yaxşı nə ola bilər?”
Doğrudanmı Qarabağ probleminin həlli müdafiə nazirinin kim olması kimi fərdə bağlı məsələdir?
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Əli bəy bu çıxışı vətənpərvərlik aspektindən edib:“Ancaq hesab edirəm ki, ölkəyə rəhbərlik edən şəxslər də ondan az vətənpərvər deyillər. Əli Əliyev təcrübəli siyasətçidir, real şəraiti bilir. 2016-cı ildə Azərbaycan tərəfi ciddi uğurlara imza atamağa yaxın idi, proses də başlamışdı. Nəticə nə oldu? Rusiya bizim irəliləyişimizə mane oldu. Digər böyük güclər də məsələnin dinc yolla həll ediləcəyinə söz verdilər. Bu məsələdə bəlkə də ən az əli olan ermənidir. Ondan maşa kimi istifadə edirlər. Açıq demək lazımdır ki, Rusiya Qarabağın kimdə qalmasından daha çox, orada münaqişənin qalmasında maraqlıdır. İran da bu məsələdə fərqli siyasət yürüdür. Bizə dost kimi görsənən bəzi Qərb ölkələri də Azərbaycanı zəif durumda görmək istəyirlər ki, lazım olanda pressinq edib iqtisadi mənfəətlər əldə etsinlər. Burada həm də böyük güclərin maraqları toqquşur. Bütün bu faktorlar Qarabağ məsələsinin həllində önəmlidir. Hesab edirəm ki, bizim müxalifətlə iqtidarın arasında Qarabağ probleminin həllinə baxışda prinsipial fikir ayrılığı yoxdur. Ona görə də bu məsələdə, personadan daha çox, sadaladığım və sadalamadığım bir çox amillərin mühüm rolu var. Vətənpərvər mövqedən deyilən fikrə hörmətlə yanaşıram. Həm də qeyd edirəm ki, Zakir Həsənov kifayət qədər vətənpərvər insandır. Prezident isə hətta bir çox adamların qorxaraq deyə bilmədiyi fikirləri dilə gətirir. Nəinki Qarabağla bağlı məsələni, hətta bizim əzəli torpağımız olan Zəngəzurun, İrəvanın da məsələsini qaldırıb. Bir personanın dəyişməsi ilə məsələnin həllinin mümkünlüyünə inanmıram. Xalq olaraq birləşməliyik. Bütün siyasi güclər bir mövqedən çıxış etsə, böyük güclər xalqın nə istədiyinin fərqinə varacaq. Azərbaycan dövləti də postpandemiya dönəmi üçün elan etməlidir ki, münaqişənin sülh danışıqları yolu ilə həlli imkanları tamamilə tükənib, yeganə həll variantı hərbi yoldur”.
Məhəmmədəli QƏRİBLİ

Bu xəbər oxucular tərəfindən 705 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |