22.05.2020 [09:19] - Gündəm, İslam dini
Azərbaycanın Malayziyadakı səfirliyinin təşəbbüs və dəstəyi ilə bu ölkənin Selanqor ştatının Ampanq rayonunda himayədən məhrum yaşlı qadınlar üçün iftar süfrəsi açılıb.
Tədbir “Mesra Home” xeyriyyə evində təşkil olunub.
Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejiminin qaydalarına riayət etməklə, xeyriyyə evinə baş çəkib. “Mesra Home”un təsisçisi və rəhbəri xanım Faeza Ali səfirə təşkilatın fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, 2013-cü ildə onun təşəbbüsü ilə təsis olunan bu təşkilat Malayziyanın müxtəlif şəhər və rayonlarında ailə himayəsindən məhrum 20-ə yaxın yaşlı qadına qucaq açıb, onlar üçün qayğıkeş sığınacağa çevrilib. O, “Mesra Home”un əsasən ictimai ianələr və xeyirxah insanların maddi-mənəvi dəstəyi hesabına fəaliyyət göstərdiyini, buradakı sakinlərə təmənnasız xidmətin təmin olunduğunu qeyd edib.
Səfir Q.Allahverdiyev müqəddəs Ramazan ayının insanlara mərhəməti, şəfqəti, o cümlədən çoxsaylı xeyirxah əməlləri təlqin etdiyini vurğulayıb. Qeyd edib ki, belə əməllərdən biri də humanizm naminə həmrəylikdir.
Diplomat xüsusilə bəşəriyyətin son aylarda məruz qaldığı COVID-19 pandemiyası ilə bağlı bu çətin günlərdə həmrəyliyə daha çox ehtiyacı olduğunu diqqətə çatdırıb. O deyib: “Bununla əlaqədar mən Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə həftə əvvəl xalqımıza müraciətindəki bir məqama xüsusi diqqət çəkmək istəyirəm. Dövlətimizin başçısı bildirib ki, indiki şəraitdə yaşlı nəslin nümayəndələrinə xüsusi diqqət göstərilməlidir. Çünki bu xəstəliklə bağlı ən ağır fəsadlar məhz bu nəslin nümayəndələrində müşahidə olunur.
Bu gün “Mesra Home” xeyriyyə evinin yüksək təşkilatçılığı və mehriban qonaqpərvərliyi ilə burada yaşayan sakinlərə kiçik bir ərməğan etmək və onların iftar süfrəsinə töhfə vermək istədik. Mən və səfirliyimizin kollektivi çox istərdik ki, bu süfrə ətrafında onlara qoşulaq. Lakin COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejiminin tələblərinə uyğun olaraq, bu arzumuzu gələcək tarixə təxirə salmalı olacağıq”.
Sonda səfir Q.Allahverdiyev qeyd edib: “Mən öz adımdan, səfirliyimizin əməkdaşları adından fürsətdən istifadə edərək, hazırda Malayziyada olan həmvətənlərimizi və malayziyalı bacı-qardaşlarımızı qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir, onlara möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram”.
Xanım F.Ali belə bir xoş təşəbbüsü alqışladıqlarını vurğulayaraq, Azərbaycan səfirliyinə təşəkkürünü bildirib, iftar süfrəsi ətrafında hazırda COVID-19 pandemiyası nəticəsində ağır sınaqlarla üz-üzə qalan bəşəriyyət və Azərbaycan-Malayziya dostluğunun daha da möhkəmlənməsi üçün dualar edəcəklərini qeyd edib.

Bu xəbər oxucular tərəfindən 855 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |