Şrift:
İranın Yəzd əyalətində spirtdən ölənlərin sayı 9 nəfərə çatıb
22.05.2020 [09:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Yəzd əyalətində saxta spirtdən ölənlərin sayı artaraq 9 nəfərə çatıb.



Bu barədə, Yəzd Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsi mayın 20-də bəyanat yayıb.



Bəyanatda bildirilir ki, son üç ay ərzində Yəzd əyalətində saxta spirtdən zəhərlənənlərin sayı 100-ə, ölənlərin sayı isə 9 nəfərə yüksəlib. Bildirilir ki, saxta spirtdən zəhərlənənlərin və ya ölənlərin əksəriyyəti Yəzd əhərinin sakinləridir.



Bəyanatda həmçinin ölkə vətəndaşlarına xəbərdarlıq edilərək bildirilir ki, alkoqollu içkilər koronavirusa yoluxmanın qarşısını almır və insanlar bəzi sui-istifadəçi işbazların qanunsuz olaraq gizli sexlərdə hazırlayıb satışa çıxardığı saxta və əldəqayırma spirtini alıb qəbul etməkdən çəkinməlidirlər.



Qeyd edək ki, son iki ay yarım ərzində İranın müxtəlif şəhər və əyalətlərində koronavirusdan qorunmaq və onun stressindən qurtulmaq üçün spirtli içkilərə üz tutan insanların sayı artıb. Nəticədə, ən azı 830-a yaxın insan həyatını itirib, minlərlə nəfər isə zəhərlənərək xəstəxanalara düşüb.
Bu xəbər oxucular tərəfindən 387 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed