Şrift:
İŞİD-in yeni lideri Abdülnasir Kardaş həbs edilib
22.05.2020 [09:29] - Gündəm, Hərb
İŞİD terror təşkilatının öldürülən rəhbəri Əbubəkr əl-Bağdadinin xələfi Abdülnasir Kardaş İraq Milli Təhlükəsizlik Təşkilatı tərəfindən həbs edilib.



APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə "Anadolu" xəbər agentliyi İraqın rəsmi "INA" agentliyinə istinadla məlumat yayıb.



Təhlükəsizlik rəsmiləri bildirib ki, Abdülnasir Kardaş İraqın Milli Təhlükəsizlik Təşkilatının kəşfiyyat-axtarış əməliyyatı nəticəsində ələ keçirilib. Lakin Kardaşın harada və necə həbs olunduğu barədə məlumat verilməyib.


Qeyd edək ki, 27oktyabr 2019-cu ildə ABŞ Prezidenti Donald Tramp İŞİD terror təşkilatının rəhbəri Əbubəkr əl-Bağdadinin ABŞ hərbçiləri tərəfindən öldürüldüyünü bəyan edib.
Bu xəbər oxucular tərəfindən 457 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed