22.05.2020 [14:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Sistan-Bəlucistan əyalətinin Sərbaz şəhərinin Kəlat məntəqəsində müxalif yaraqlı bəluclarla hökumət qüvvələri arasında baş verən silahlı qarşıdurmada yerli hüquq-mühafizə qüvvələrinin 2 əməkdaşı öldürülüb.
Hadisə bu gün sübh saatlarında Sərbaz şəhərinin Kəlat məntəqəsində yerləşən kəndlərdən birində baş verib. Yayılan məlumata əsasən, bölgədə rey keçirən hökumət qüvvələri ilə müxalif bəluclar arasında silahlı qarşıdurma yaranıb. Atışmada nəticəsində hüquq-mühafizə qüvvələrinin 2 əməkdaşı, Arman Ərbabi və Məsud şəhrəki, aldıqları güllə yarasından yerindəcə keçiniblər.
Bir neçə saat davam edən atışmada hüquq-mühafizə qüvvələrinin yaralıları və yaraqlı bəlucların mümkün tələfatı barədə hər hansı bir məlumat yayılmayıb.

Bu xəbər oxucular tərəfindən 316 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |