Şrift:
İsrail ordusu İranın yavaş-yavaş Suriyadan geri çəkildiyini bəyan edib
22.05.2020 [14:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İsrail ordusu İranın artıq Suriyadakı bəzi mövqelərindən yavaş-yavaç geri çəkildiyini bildirib.



"Associated Press" agentliyinin adını açıqlamadığı İsrail Müdafiə Nazirliyinin rəsmisinə istinadən verdiyi xəbərə görə, İran bu addımı İsrailin hücumları, daxili narazılıqların artması və koronavirus böhranıını idarə etməkdə yarıtmazlığı ilə əlaqəli atmalı olub.



O qeyd edib ki, İran hərbçiləri Suriyada bəzi mövqelərdən xeyli uzağa çəkiliblər və hərbi personallarının sayı da azalıb.



"Bu dəyişiklik böyük ölçüdə olmasa da, onu gözardı etmək də mümkün deyil", - deyə həmin rəsmi vurğulayıb.



Qeyd etmək lazımdır ki, son illər ərzində İsrail Suriyada "Sepah" terror təşkilatının üzvləri və onlara bağlı yaraqlı qruplaşmalara qarşı yüzlərlə hava hücumu həyata keçirib. Nəticədə yüzlərlə "sepahçı" və yaraqlı həlak olub.



Rəsmi Tel-Əviv hücumların səbəbini onların Suriya- İsrail sərhəddində möhkəmlənməyə çalışmasının qarşısını almaqla əlaqələndirir.
Bu xəbər oxucular tərəfindən 321 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed