Şrift:
İrəc Hərirçi: "Vətəndaşlar koronavirusun nisbətən az yayıldığı bölgələrə səfər etməkdən də çəkinməlidirlər"
22.05.2020 [14:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Səhiyyə nazirinin İrəc Hərirçi vətəndaşları Fitr bayramında evdə qalmağa, hətta koronavirusun nisbətən az yayıldığı bölgələrə belə səfər etməməyə çağırıb.



O, ölkədə Covid-19 infeksiyasının kəskin surətdə yayılmağa davam etməsinin səbəbini insanların bir-biri ilə təmasının yüksək həddə olması ilə əlaqələndirib.



"Virusun çox yayıldığı bölgələrə getmək özümüzü, az yayıldığı bölgələrə səfər etmək isə həmin şəhərlərin əhalisini təhlükə qarşısında qoyur. Buna görə də vətəndaşları lazım olmadığı təqdirdə, öz yaşayış yerlərini tərk etməməyə çağırıram", - deyə Hərirçi əlavə edib.



Qeyd etmək lazımdır ki, İranın bir çox bölgəsində, xüsusilə Tehran və Xuzistan əyalətlərində Novruz bayramı tətillərinin bitməsi, eləcə də bir çox dövlət idarələri və şirkətlərin yenidən işə başlamasından sonra koronavirusun yayılması daha da şiddətlənib. Buna səbəb Novruz tətillərində çoxlu sayda insanın ölkənin digər regionlarına səfər etməsi, habelə karantin rejimi qaydalarının yumşaldılması ilə insanların təmasının daha da artmasıdır.



Hazırda isə ramazan ayının bitməsi və Fitr bayramının yaxınlaşması ilə əlaqədar İran Səhiyyə Nazirliyinin rəsmiləri xalqı digər bölgələrə turistik səfərlərdən çəkinməyə çağırırlar.
Bu xəbər oxucular tərəfindən 452 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed