22.05.2020 [14:55] - Gündəm, Sağlıq
Oksford Universitetinin koronavirusa qarşı vaksin hazırlayan tədqiqatçılar komandası klinik sınaqlarının ikinci mərhələsinə keçidin başladığını bildirib.
Böyük Britaniyanın ali təhsil müəssisəsinin bəyanatına əsasən, klinik sınaqların ikinci mərhələsinə 56-69 yaş arası və 70 yaşdan yuxarı insanlar, həmçinin 5-12 yaş arası uşaqlardan ibarət 10 mindən çox iştirakçı cəlb ediləcək.
Klinik sınaqların metodikası mindən çox könüllünü əhatə edən ilk mərhələdə olduğu kimi qalacaq. İştirakçıların bir hissəsinə koronavirusun genetik kodunun daxil edildiyi şimpanze virusu əsasında hazırlanan “ChAdOx1 nCoV-19” vaksini vurulacaq. Bu texnologiya artıq digər xəstəliklərə qarşı immunitetin yaranmasında öz effektivliyini göstərib. Nəzarət qrupundakı könüllülərin digər hissəsi isə meningit əleyhinə “MenACWY” preparatı ilə peyvənd ediləcək.
Klinik sınaqların üçüncü mərhələsində iştirakçıların sayı yenidən artırılacaq.
Bir qədər əvvəl “AstraZeneca” əczaçılıq kompaniyası Oksford Universiteti ilə birgə hazırladığı COVID-19 infeksiyası əleyhinə vaksinin sentyabr ayında kütləvi istehsalının başlana biləcəyi barədə məlumat yayıb. Kompaniya artıq 400 milyon vaksinin çatdırılması üzrə ilk müqavilə bağladığını, həmçinin milyard doza hazırlamaq üçün şərait yaratdığını bildirib. Mütəxəssislər koronavirus əleyhinə yeni vaksinin effektivlik şanslarını təxminən 80 faiz qiymətləndirir.
Plana görə sentyabr ayında 30 milyon britaniyalı, yəni birləşmiş Krallıq əhalisinin təxminən yarısı vaksin əldə edə biləcək.
ABŞ hökuməti də koronavirus əleyhinə peyvənd hazırlanması üçün “AstraZeneca” kompaniyasına bir milyard dollardan çox vəsait köçürüb.

Bu xəbər oxucular tərəfindən 603 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |