23.05.2020 [13:56] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Şərqi Azərbaycan əyalətində baş verən iki yol qəzasında 2 nəfər ölüb, 7 nəfər yaralanıb.
Bu barədə, Şərqi Azərbaycan Təcili Tibbi Yardım İdarəsinin sözçüsü Vəhid Şadiniya mayın 23-də mediaya açıqlama verib.
O bildirib ki, bu gün sübh saatlarında Mərənd-Culfa istiqamətində, Diz dərəsi yaxınlığında iki avtomobil bir-biri ilə toqquşub: “Yüksək sürətlə hərəkətdə olan “Sonata” tipli minik avtomobili qarşıdan gələn “RDİ” markalı avtobillə toqquşub. Qəza nəticəsində 54 yaşlı bir kişi yerindəcə həlak olub, hər iki avtomobilin 6 sərnişini yaralanıb. Yaralılar Mərənd və Culfa xəstəxanalarına çatdırılıb” -deyə, Şərqi Azərbaycan Təcili Tibbi Yardım İdarəsinin sözçüsü Vəhid Şadiniya əlavə edib.
Yayılan məlumata əsasən, Şərqi Azərbaycan əyalətində ikinci yol qəzası isə mayın 21-də Təbrizin yaxınlığındakı “Toygün” yol ayrıcında baş verib. “Roa” tipli minik avtomobili naməlum səbəbə görə qarşıdan gələn “TIR”la toqquşub. Hadisə nəticəsində minik avtomobilinin sürücüsü yerindəcə həlak olub, avtomobilin arxa hissəsində oturan bir qadın ağır yaralanıb.
Təbrizin Yanğınsöndürən Təşkilatının ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Siyamək Novruzi mediaya açıqlamasında qəzanın hər iki sürücünün ehtiyatsızlığı və yol-nəqliyyat qaydalarına riayət etməməsi üzündən baş verdiyini bildirib.

Bu xəbər oxucular tərəfindən 446 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |