23.05.2020 [13:57] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Hava Limanları Şirkəti bu ölkənin səması vasitəsilə baş tutan uçuşların 85% azaldığını bəyan edib.
Məlumata görə, cari ilin mart ayının 20-dən aprel ayının 19-na qədər ölkənin hava yollarından cəmi 5162 xarici təyyarə istifadə edib. Hansı ki, bu rəqəm ötən ilin oxşar dövründə 33 189 uçuş təşkil etmişdi.
Bir müddət əvvəl İran Parlamentinin deputatı Əhsən Ələvi koronavirusun yayılmasından sonra ölkə səmasından tranzit kimi istifadə edən xarici ölkə təyyarələrinin sayının günlük 900-dən 200-ə düşdüyünü demişdi.
Ələvi İranın bu azalma nəticəsində maddi ziyanını açıqlamasa da, onun çıxışından bir müddət əvvəl "İrna" xəbər agentliyi İranın hər tranzit uçuşdan orta hesabla 800 dollar əldə etdiyi barədə xəbər yayınlamışdı.
Tranzit uçuşlarının azalması onsuzda ağır vəziyyətdə olan İran iqtisadiyyatına daha da çətin duruma salıb.

Bu xəbər oxucular tərəfindən 454 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |