17.10.2012 [11:19] - Siyasət
ABŞ-ın (Amerika Birləşmiş Ştatları) nüfuzlu mətbu orqanlarından biri olan "Washington Post" ötən nömrələrindən birində Azərbaycana çox geniş yer ayırıb.
Qəzet, məşhur müğənni Cennifer Lopezin bu yaxınlarda Bakıda təşkil olunmuş konsertini Azərbaycan hökumətinin İrana, ölkənin qərbyönümlü siyasətinin davam edəcəyi məsajını verdiyini yazıb.
Qəzet Lopezin Azərbaycanlı fanatlarını coşdurduğunu, Xəzər dənizinin Cənub sahilində isə əmmaməli Ayətullahları hirsdən dəli etdiyinə diqqət çəkərək, Azərbasycanın İranın qulağının dibində Qərb sivilizasiyasına inteqrasiyada qərarlı addımlar atdığının Tehrandakı molla rejimi tərəfindən heç cür həzm edilmədiyini vurğulayıb.
Cennifer Lopezin konsertində iştirak edən, adı çəkilməyən bir rəsminin "İranlıların hirslərindən quduzlaşdığını hiss edə bilirsinizmi? Belə şeylər onları daha çox qıcıqlandırır", deyə qəzetin müxbirinə bildirdiyi bu məqalədə yer alıb.
Daha sonra məqalə müəllifi Azərbaycan-İsrail əlaqələrinə toxunaraq, bu amilin də İrandakı İslam rejimi rəhbərlərini bərk narahat etdiyini, Azərbaycanı İranın nəzərində düşmənə çevirdiyinə diqqət yönəldir.
Azərbaycanı Qərblə yaxınlaşdıracaq hər bir addımın Tehran rejimində böyük qıcıq yaratdığını yazan qəzet, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın sözlərindən bir sitatla məqaləni tamamlayır: "Azərbaycan İran rejiminın uzunn müddət hakimiyyətdə qalaxağı perspektivlərinə ən böyük təhlükədir".

Bu xəbər oxucular tərəfindən 1064 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |