24.05.2020 [10:45] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Şərqi Azərbaycan əyalətinin Təbriz şəhərində hərəkətdə olan sərnişin avtobusu naməlum səbəbə görə alovlanaraq yanıb.
Bu barədə, Təbriz Yanğınsöndürən Təşkilatının ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Siyamək Novruzi mayın 23-də mediaya açıqlama verib.
O bildirib ki, hadisə bu gün sübh saatlarında Təbrizin Sərdəri körpüsü üzərində baş verib: “Özəl sektora məxsus olan bu sərnişin avtobusu yeni salınmış Səhənd şəhərciyindən 45 sərnişinlə Təbrizə gedərkən Sərdəri körpüsü üstündə mühərrikində yaranmış texniki nasazlığa görə birdən-birə alovlanaraq yanmağa başlayıb.
Xoşbəxtlikdən sərnişinlər vaxtında avtobusdan düşə biliblər və yanğın hadisəsində ölən və xəsarət alan olmayıb. Hadisə yerinə gələn yanğınsöndürənlər yanan avtobusu söndürüblər. Hazırda yanğının səbəbi ekspertlər tərəfindən araşdırılır” -deyə, Təbriz Yanğınsöndürən Təşkilatının ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Siyamək Novruzi əlavə edib.

Bu xəbər oxucular tərəfindən 365 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |